2 metr 20 santimetrdən hündür hasarların inşasına yol verilən halların hansı materiallardan hazırlanmış hasarlara aid edilmədiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Qanunvericilikdə nəzərdə tutulmuş normadan hündür hasarların inşasına yol verilən hallar”da əksini tapıb.
2 metr 20 santimetrdən hündür hasarların inşasına yol verilən hallar aşağıda qeyd olunmuş materiallardan hazırlanmış hasarlara aid edilmir:
– metal torlardan (məftillərdən);
– təbii və ya süni əkmələrdən;
– dekorativ və ya sadə üsulla quraşdırılmış (cilalanmış) metal materiallardan;
– mişar daşı, kərpic, beton (və onun çeşidləri), çay daşı və bu kimi tikinti məmulatlarının hörgü məhlulu ilə ucaldılmasına aid edilməyən digər hasarlar.