İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərclər artırılır.
Heftelik.az-ın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsində əksini tapıb.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərcləri təsdiq olunmuş 7788,0 milyon manata qarşı 9902,7 milyon manat və ya 2114,7 milyon manat (27,2 faiz) artırılır.
Qeyd edək ki, Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata kimi artırılacaq. Beləliklə, dövlət büdcəsinin xərclərinin 25 faizə qədəri azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərclərə yönəldiləcək.