Avadanlıqların elektrik enerjisinin kəsilməsi və dəstəkləyici vasitələrdə (fasiləsiz qida mənbələri, elektrik enerjisi, havalandırma və s.) baş verə biləcək nasazlıqlar nəticəsində yaranan fasilələrdən qorunması təmin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.
Avadanlıqların elektrik enerjisinin kəsilməsi və dəstəkləyici vasitələrdə (fasiləsiz qida mənbələri, elektrik enerjisi, havalandırma və s.) baş verə biləcək nasazlıqlar nəticəsində yaranan fasilələrdən azı aşağıdakılar nəzərə alınmaqla qorunması təmin edilir:
– dəstəkləyici avadanlıqların istehsalçının təlimatlarına uyğun olaraq sazlanması, istifadəsi, dəstəklənməsi təmin edilir;
– dəstəkləyici avadanlıqların mütəmadi olaraq nəzarət subyektinin tələbatına cavab verməsi təmin edilir;
– düzgün işləməsinin yoxlanılması məqsədilə dəstəkləyici avadanlıqlar azı ildə 2 (iki) dəfə sınaqdan keçirilir və nəticələr sənədləşdirilir;
– dəstəkləyici avadanlıqlar informasiya prosesini icra edən avadanlıqlardan fərqli şəbəkə seqmentində yerləşdirilir və yalnız zəruri hallarda internetə qoşulması təmin edilir.