Əməliyyat sistemlərində proqram təminatlarının təhlükəsiz şəkildə quraşdırılması məqsədilə tələblər nəzərə alınır.
Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.
Əməliyyat sistemlərində proqram təminatlarının təhlükəsiz şəkildə quraşdırılması məqsədilə azı aşağıdakı tələblər nəzərə alınır:
– istifadəsinə icazə verilən proqram təminatlarının siyahısının formalaşdırılması;
– proqram təminatlarının quraşdırılmasının yalnız icazə verilmiş şəxslər tərəfindən həyata keçirilməsi;
– proqram təminatlarının yalnız uğurlu sınaq testləşdirilməsindən sonra quraşdırılması və yenilənməsi;
– dəyişikliklər tətbiq edilməzdən öncə geri qayıtma planının müəyyən edilməsi;
– əməliyyat sistemi və proqram təminatları üzərində nəzarəti üstələyən utilit proqram təminatlarının istifadəsinin məhdudlaşdırılması və istifadəsinə nəzarətin tətbiq edilməsi.