Yuxarı idarəetmə orqanı nəzarət subyektinin daxili nəzarət orqanı (müvafiq olaraq müşahidə (direktorlar) şurası, himayəçilik şurası və ya digər səlahiyyətli idarəetmə orqanı), I kateqoriya nəzarət subyektləri – banklar, sığortaçılar, mərkəzi depozitar, İcbari Sığorta Bürosu, kredit büroları, elektron pul təşkilatları və ödəniş sistemlərinin operatorlarıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.
II kateqoriya nəzarət subyektləri qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, poçt rabitəsinin milli operatoru, ödəniş təşkilatları, səhmdar investisiya fondları və investisiya fondlarının idarəçiləri, III kateqoriya nəzarət subyektləri kredit ittifaqları istisna olmaqla, bank olmayan kredit təşkilatlarıdır.