Sığorta ehtiyatları ilə bağlı hesabatlar sığortaçı tərəfindən hər rüb başa çatdıqdan sonra 20 (iyirmi) gün müddətində sığortaçının İdarə Heyətinin sədri və baş mühasibinin (və ya onların vəzifələrini müvəqqəti icra edən şəxslərin) gücləndirilmiş elektron imzaları ilə təsdiq edilərək Mərkəzi Bankın elektron informasiya sistemi vasitəsi ilə təqdim edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Hesabatlarda və jurnallarda müvafiq məbləğlər hesabat tarixinin sonuna Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq manatla ifadə olunmalıdır. Hesabatlarda və jurnallarda hər hansı formada düzəliş edilməsinə və ya pozulmuş, yaxud tam və ya qismən oxunmayan məlumatların mövcudluğuna yol verilməməlidir.