Azərbaycan Mərkəzi Bankına yeni təyinat olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Fuad Cəfərov bu ilin may ayında AMB-nin Strategiya və layihə idarəetməsi departamentinə direktor vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Fuad Cəfərov 2023-ci ilin fevral ayından Mərkəzi Banka təyinat alıb. Yeni vəzifəsinə kimi şöbə müdiri kimi fəaliyyət göstərib. Bundan əvvəl isə bank və maliyyə sahəsində çalışıb.