Siyahıyaalmanın dayandırılması və davam etdirilməsi səbəbləri və vaxtı haqqında, habelə sonralar mənzili (binanı) açarkən plombun və ya möhürün vəziyyəti barədə siyahıyaalma aktında qeyd yazılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Aktın sonunda əmlak idarəçisinin soyadı, adı, atasının adı, anadan olduğu il, onun şəxsiyyətini təsdiq edən sənədin adı, nömrəsi, verilmə tarixi, sənədi vermiş idarənin adı, əmlak idarəçisinin yaşadığı yer göstərilir.