Operator fəaliyyəti istiqamətində yarana biləcək sualların operativ cavablandırılmasına və operatorun fəaliyyəti ilə bağlı məlumatların (hesabatların) Mərkəzi Banka təqdim edilməsinə məsul olan şəxsi təyin etməli və həmin şəxs haqqında yazılı məlumatı (soyadı, adı, atasının adı, vəzifəsi və əlaqə rekvizitləri) Mərkəzi Banka təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Məsul şəxs dəyişdikdə operator yeni məsul şəxs barədə qeyd olunan yazılı məlumatı 3 (üç) iş günü ərzində Mərkəzi Banka təqdim etməlidir.