Operatorun nizamnamə kapitalının minimum miqdarı bir milyon manat olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Ödəniş təşkilatı və ya elektron pul təşkilatı operator fəaliyyətini göstərmək üçün əlavə olaraq operator üçün nəzərdə tutulmuş nizamnamə kapitalına malik olmalıdır. Operatorun informasiya təhlükəsizliyinin təmin edilməsinə, habelə fövqəladə hallarda fəaliyyətinin davamlılığı və bərpa planına dair minimum tələblər, həmçinin operator tərəfindən əməliyyat və ya təhlükəsizlik insidentləri barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi halları və qaydası informasiya təhlükəsizliyinə dair Mərkəzi Bankın normativ xarakterli aktı ilə müəyyənləşdirilir. Operator fövqəladə hal baş verdiyi andan etibarən 2 (iki) saat ərzində ödəniş sisteminin funksional fəaliyyətinin bərpa olunmasını təmin etməlidir.