Qazanılmamış sığorta haqları ehtiyatına aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Qazanılmamış sığorta haqları ehtiyatı hesabat tarixinə qüvvədə olan sığorta müqavilələri üzrə formalaşdırılır və iki hissədən ibarətdir:
– qazanılmamış sığorta haqları ehtiyatının baza hissəsi (bundan sonra − QSHEB);
– qazanılmamış sığorta haqları ehtiyatının əlavə hissəsi (bundan sonra − QSHEƏ).