Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinə yeni rəis təyin edilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə polkovnik Rəşad Babayev təyin edilib.