Riyazi ehtiyatlara aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Riyazi ehtiyatlar hesabat tarixinə qüvvədə olan sığorta (təkrarsığorta) müqavilələri üzrə formalaşdırılır və iki hissədən ibarətdir:
– riyazi ehtiyatların baza hissəsi (bundan sonra – REB);
– riyazi ehtiyatların əlavə hissəsi (bundan sonra – REƏ).
– REB-in hesablanması zamanı sığortaçı həmin ehtiyatların təmin edilməsi üçün qəbul edilən aktivlərin investisiya portfeli üzrə gəlirliliyinin proqnozlaşdırılan səviyyəsinə bərabər olan və aşağıdakı hədləri aşmayan illik faiz dərəcəsindən istifadə etməlidir:
– sığorta məbləği xarici valyutada ifadə olunursa, 5%;
– sığorta məbləği milli valyutada ifadə olunursa, 8%.