Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı baş verməsi haqqında qanunvericiliklə və ya sığorta (təkrarsığorta) müqaviləsi ilə müəyyən olunmuş qaydada hesabat tarixinə qədər sığortaçıya bildirilməmiş sığorta hadisələri üzrə sığorta ödənişlərinin verilməsi məqsədilə formalaşdırılan ehtiyatdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.

Sabitləşdirici ehtiyat hər hansı sığorta sinfi üzrə təkrarsığortaçının payı çıxılmaqla hesablanan zərərlilik dərəcəsi 100%-dən artıq olduğu halda formalaşdırılan ehtiyatdır.