Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı təkrarsığortanın mütənasib və ya qeyri-mütənasib növdə olmasından asılı olaraq müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Müvafiq sığorta sinfinə aid olan, təkrarsığortaya ötürülmüş risklərlə bağlı bütün təkrarsığorta müqavilələri üzrə ayrı-ayrılıqda hesablanan qazanılmamış təkrarsığorta haqlarının cəmi həmin sinif üzrə qazanılmamış sığorta haqları ehtiyatının baza hissəsində təkrarsığortaçıların payını təşkil edir.