Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 11 % artırılır.

Heftelik.az-ın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qeyd edilib ki, müdafiə və milli təhlükəsizlik xərcləri təsdiq olunmuş 6421,0 milyon manata qarşı 7126,3 milyon manat və ya 705,3 milyon manat (11,0 faiz) artırılacaq.

Qeyd edək ki, Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata kimi artırılacaq.

Beləliklə, dövlət büdcəsinin xərclərinin 18 faizə qədəri müdafiə və milli təhlükəsizlik xərclərinə yönəldiləcək.