Dünya dövlətləri daima yaşıllıq naminə bir çox layihələrə imza atmışlar. Bunlardan biridə dünyanın hər tərəfinə səs salan COP-29 layihəsidir. Bu layihə yaşıllığın əldə edilməsi, yaşıl dünya konsepsiyasını yenidən bərqərar etmək üçün ideal avantajdır. Bununla belə ətraf mühitin çirklənməsinə görə bu ilin “Ekologiya”ili adlandırılmasını da xüsusilə vurğulamaq gərəkdir. Yaşıl dünya naminə İDEA birləşməsinin həyata keçirdiyi ağac əkmə aksiyalarının sayı da heç az deyildir. Həmin birləşmənin rəhbəri olan Leyla Əliyevanın rəhbərliyi ilə tələbələr, könüllülərin iştirakı ilə Bakı ərazisində boş sahələrə müəyyən miqdarda ağaclar əkilmişdir. Yaşıl dünya uğuruna can atmaq bizim həmçinin gələcəyimizi qorumaq anlamına gəlir. Habelə yaxşı gələcək, savadlı kadr niyə də yaşıllığın ərmağanı olan dünyada nəfəs almasın? Bunu bərpa etmək və inkişaf etdirmək bizim əlimizdədir.
Ölkəmizdə bu kimi fəaliyyət növlərinin sayı artmaq istiqamətində irəliləyir. Bu ilin belə sırf yaşıllıqla bağlı adlandırılması özü buna sübutdur.
Yaşıl dünya əldə etmək istəyiriksə biz özümüzdən başlamalıyıq. Ətrafin çirklənməsinin qarşısını almalı, ağacların sayını çoxaltmalı və digər bunun kimi faydalı təşəbbüslər həyata keçirməliyik. Yaşıl dünya bizdən, bugündən başlayır….
Xanbutayeva Nərmin
Azərbaycan Dillər Universiteti