Beş il heç bir məqalə yazmayan birinə alim kimi baxmıram.

Heftelik.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kimsə özünü elm adamı kimi təqdim edəndə, ilk işi data bazaya girib həmin şəxsin yazdıqlarına baxmasıdır: “Görəndə ki adam həmin müddətdə heç nə yazmayıb səmimi olaraq 5 il heç nə yazmayıbsa ona alim kimi baxmıram. Davranış belə də olmalıdır. Hamı bir-birinə belə baxanda davranışlarımız əsaslı şəkildə dəyişəcək. Alim olmaq elmlə məşğul olmaq, yazmaq deməkdir. Başqa insanların da bu məqalələrdən yararlanması da yazılan işin keyfiyyətini müəyyən edir”.