Borclu saxlanmağa verdiyi predmetin kreditor tərəfindən qəbul edilənə qədər qaytarılmasını tələb edə bilər, bu şərtlə ki, lap əvvəldən o, qaytarmadan imtina etməmiş olsun.

Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.

Borclu predmetin qaytarılmasını tələb edirsə, saxlama baş tutmamış sayılır. Kreditor predmetdən imtina edirsə və ya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 369-cu maddəsi ilə müəyyən edilmiş müddət qurtarmışsa, borclu təhvil verdiyi predmeti geri götürə bilər.