Kağız daşıyıcıda təqdim olunan ərizələr və ya digər sənədlər notarius tərəfindən başqa şəxslərə, həmçinin texniki vasitələrdən istifadə etməklə informasiya sistemləri vasitəsilə də verilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Bu halda notarius kağız daşıyıcıda təqdim olunmuş ərizə və ya digər sənəd əsasında onun elektron nüsxəsini skan edilmiş formada və ya elektron məlumat şəklində “Elektron notariat” informasiya sistemində tərtib etməklə hazırlayır. Kağız daşıyıcıda olan ərizə və ya digər sənədlə hazırlanmış sənədin elektron nüsxəsinin eyniləşdirilməsi notariusun elektron imzası ilə təsdiq edilir.