Sənədi tərcüməçi tərcümə etdikdə, onun imzasının həqiqiliyinin təsdiqi, sənədlərdə imzanın həqiqiliyinin təsdiqi qaydasında aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Bu halda notarius tərcüməçi tərəfindən tərcümə edilmiş sənədin mətninə görə məsuliyyət daşımır. Bir neçə dilə tərcümə olunan sənəddə hər dil üzrə tərcüməçinin imzası ayrıca təsdiq olunur. Notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmədiyi halda, notariusun izah və xəbərdarlıqları tərcüməçi tərəfindən müraciət etmiş şəxsə tərcümə olunmalı və bu barədə qeyd rəsmiləşdirilən sənəddə öz əksini tapmalıdır. Bu halda tərcüməçinin imzası notariat qaydasında təsdiq edilir.