Azərbaycan Respublikasında “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat” respublika ərazisində törədilmiş cinayətlərin açılması və qarşısının alınmasında, habelə profilaktik təyinatlı işlərin təşkilində kriminal yönümlü məlumatların uçotunun aparılması, işlənilməsi, toplanılması, müqayisəsi və onlardan istifadə olunması qaydalarını müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 3.1.4-cü yarımbəndinə əsasən və bu Təlimatın 1.1-ci bəndində qeyd edilmiş müddəaların yerinə yetirilməsi məqsədilə “Avtomatlaşdırılmış Məlumat Bankı” (AMB) yaradılır.