Məlumat-axtarış kartı – Ə-nin (MAK-Ə) tərtib edilməsi qaydaları açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
Talanmış, aşkar edilmiş və maddi sübut kimi götürülmüş nömrəli sənədlər və əşyalar barədə məlumatların mərkəzləşdirilmiş uçota alınması, onlara sonradan əlavə edilən müvafiq dəyişikliklərin vaxtında AMB-yə daxil edilməsi məqsədilə cinayət işi (material) üzrə müstəntiq və ya təhqiqatçı tərəfindən müvafiq prosessual qərar qəbul olunduğu andan üç iş günündən gec olmayaraq MAK-Ə tərtib olunaraq BƏSİİ-yə göndərilir.