Notarius vərəsəlik işlərinin uçotu kitabını aparır.

Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.

Vərəsəlik işlərinin uçotu kitabında mirasın qəbul edilməsi, mirasdan imtina haqqında ərizələr qeydə alınır. Mirasın qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və mirasdan imtina haqqında ərizələr yazılı formada tərtib olunur və notariat qaydasında təsdiq edilir. Həmin ərizələrin daxil olan sənədlərin qeydə alınması kitabında qeydiyyatı aparıldıqdan sonra vərəsəlik işinin uçotu kitabına daxil edilir. Bu barədə vərəsəlik işinin uçotunun əlifba kitabında qeyd aparılır.