Notariuslar idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərini, həmin sənədlər qanunazidd olmadıqda, hüquqi əhəmiyyət daşıdıqda, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilmədikdə, habelə sənədlər səlahiyyətli vəzifəli şəxsin imzası və müvafiq qurumun möhürü ilə təsdiqlənmiş olduqda təsdiq edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.

Notariuslar elektron informasiya sistemləri və ya ehtiyatları, o cümlədən internet informasiya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətlərinin düzgünlüyünü təsdiq edirlər.