Qasırğa və tornado ABŞ-ın dörd ştatında azı 15 nəfərin ölümünə səbəb olub.
Heftelik.az-ın NBC telekanalına istinadən verdiyi xəbərə görə, ikisi uşaq olmaqla yeddi nəfər Texasda, ikisi Oklahomada, beşi Arkanzasda və bir nəfər Kentukki ştatında ölüb.
Eyni zamanda 200 mindən çox Kentukki sakini, o cümlədən Arkanzasda 81 mindən, Missuridə 79 mindən, Texasda 41 mindən və Tennessidə 22 mindən çox istehlakçı elektrik enerjisindən məhrum olub.