Türkiyənin Mersin şəhərində Tarsus-Adana-Qaziantep avtomobil yolunda 4 avtomobilin iştirakı ilə zəncirvarı yol qəzası baş verib.
Heftelik.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Diyarbəkir-İstanbul marşrutu ilə hərəkət edən sərnişin avtobusu Mersin istiqamətində irəliləyərkən qarşı zolağa keçərək öncə 2 minik avtomobili, daha sonra 1 yük maşını ilə toqquşub.
Qəza nəticəsində 10 nəfər ölüb, 39 nəfər yaralanıb.