Uçot sənədləri iki nüsxədə tərtib olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
biri mərkəzləşdirilmiş uçota alınması üçün Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə (BƏSİİ) göndərilir, digəri isə uçot sənədini göndərən orqanın kartotekasında (şəxslər – əlifba sırası, digər məlumatlar isə növ və nömrə sırası ilə) saxlanılır. Uçot sənədlərinin rekvizitləri kompüter və ya çap hərfləri ilə tərtib olunur. BƏSİİ-yə göndərilən uçot sənədlərində qeyd olunan məlumatların tamlığı, dolğunluğu, məntiqəuyğunluğu yoxlanılaraq AMB-yə daxil edilir. Həmin məlumatı sistemə daxil edən əməkdaş tərəfindən uçot sənədinin yuxarı sağ küncündə “məlumatlar daxil edildi” ştampı vurulur və imzalanır. Məlumat-axtarış kartları (MAK) müvafiq qaydada AMB-nin kartotekasında toplanılır.