Digər notariat ofisinə mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizə verilmişdirsə, notarius 2 (iki) iş günü ərzində vəsiyyətnaməni mirasın açıldığı yerin notariusuna təqdim edir və ya “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə göndərir və şəxsə bununla bağlı yazılı məlumat verir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Mirasın açıldığı yerin notariusu vəsiyyətnamə saxlayan notariusla eyni şəhərdə (rayonda) fəaliyyət göstərirsə, vəsiyyətnamə onu saxlayan notarius tərəfindən mirasın açıldığı yerin notariusuna imza etdirməklə şəxsən təqdim edilməlidir.