Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Heftelik.az-ın məlumatına görə, Türkiyə Prezidenti bu barədə “X” hesabında paylaşım edib.
“Bir millət, iki dövlət” ruhunu bölüşdüyümüz Azərbaycanın 28 May Müstəqillik Gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarımızın haqlı qürur və sevincini ürəkdən bölüşürəm. Müstəqillik uğrunda şəhid olan qəhrəmanlarımızı hörmət və rəhmətlə yad edirəm”, – deyə Ərdoğan vurğulayıb.