Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsi idarə rəisinin müavini polkovnik-leytenant Anar İsmayılova həvalə olunub.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firudin Nəbiyev ehtiyata buraxılıb. Firudin Nəbiyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya buraxılıb.