30, 31 may və 1 iyun 2024-cü tarixlərində Azərbaycanda ilk dəfə olaraq Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi,  Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Gəncə torpağının yetirməsi, əbədiyaşar Qəmbər Hüseynli adına I “Cücələrim” Uşaq Festivalını təqdim edəcək.

Heftelik.az-ın məlumatına görə,  Festivalın əsas məqsədi uşaqların musiqi dünyasının zənginləşdirilməsi, uşaq mahnılarını təbliğ etməkdir.

Festival çərçivəsində uşaq mahnılarından ibarət  konsert proqramları, uşaq xorlarının çıxışı, əl işlərindən ibarət sərgi baş tutacaq.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Gəncə şəhərində uşaqların musiqi paradı keçiriləcək.