Şəhər, rayon, xətt polis orqanları talanmış, itirilmiş və aşkar edilmiş silahlar (marka, modeli və nömrəsi) barədə məlumatları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətində hazırlanan gündəlik əməliyyat məlumatına daxil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
Bu məlumatların uçotu Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində (BƏSİİ) aparılır. Talanmış, itirilmiş, tapılmış və aşkar edilmiş silaha dair müraciət (məlumat) daxil olduqda təhqiqatçı, müstəntiq və ya əməliyyat xidmətinin əməkdaşı tərəfindən tərtib olunmuş uçot sənədi orqanın və ya müvafiq struktur qurumunun rəhbəri tərəfindən imzalanaraq mərkəzləşdirilmiş uçotlarla yoxlanılması və “Avtomatlaşdırılmış Məlumat Bankı”nda (AMB) qeydiyyata alınması üçün üç iş günü ərzində BƏSİİ-yə göndərilir.