Elektron formada təqdim olunan ərizələrin və ya digər sənədlərin məzmunu notarius tərəfindən hazırlanan kağız daşıyıcıya keçirilərək eyniləşdirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Bu halda notarius ərizəni və ya digər sənədi göndərən şəxsin elektron imzasını “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun yoxlayır, onu kağız daşıyıcıda çap edərək imzası və möhürü ilə təsdiq edir. Elektron ərizə və ya digər sənəd kağız daşıyıcıya keçirildikdən sonra bu hissənin birinci abzasında nəzərdə tutulmuş qaydada göndərilir.