Sahbuz rayonunda intihar hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

1965-ci il təvəllüdlü Şıxıyeva Səməngül İbrahim qızı yaşadığı evdə intihar edib.

İlkin məlumata görə, S.Şıxıyeva 1 həftə öncə əməliyyat olunub və şiddətli ağrılardan əziyyət çəkib.

Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.