İnvestisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ investisiya edilmədikdə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada nəzərdə tutulan hallarda investisiya təşviqi sənədi ləğv edildikdə, vergilər üzrə faizlərin ödənilməsi istisna olmaqla, investisiya layihəsinin icrasına başlandığı tarixdən etibarən Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi azadolmaları tətbiq edilən gəlirlər və əməliyyatlar üzrə vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi investisiya təşviqi sənədi verilmiş şəxslər tərəfindən yerinə yetirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

Bu zaman yenidən hesablanmalı vergilərin məbləği investisiya təşviqi sənədinin ləğv edildiyi hesabat dövründə və ya vergi nəzarəti zamanı bu hal aşkar edildiyi halda yoxlama ilə əhatə edilən sonuncu hesabat dövründə həyata keçirilir.