Kredit borcuna görə əmlakın özgəninkiləşdirilməsinə qadağan qoyulmuş olduqda mülkiyyət hüququ haqqında şəhadətnamə borcu vermiş müvafiq bank idarəsinin, yaxud təsərrüfat hesablı müəssisənin, yaxud təşkilatın icazəsi ilə verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.

Ev üzərinə həbs qoyulmuşdursa, mülkiyyət hüququ haqqında şəhadətnamə verilə bilməz.