“Avtomatlaşdırılmış Məlumat Bankı”nın (AMB) məqsədi – cinayəti törətmiş şəxs müəyyən edilmədikdə açılmamış cinayətlər, cinayət törətmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrindən (bundan sonra – сəzaçəkmə müəssisələri) azad olunmuş, üzərində probasiya nəzarəti həyata keçirilən, habelə inzibati qaydada həbs edilmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, talanmış və qaçırılmış nəqliyyat vasitələri, talanmış, itirilmiş və ya aşkar edilmiş silah və döyüş sursatları, nömrəli əşyalar, xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyalar və ya sənədlər barədə məlumatların vahid informasiya sistemində mərkəzləşdirilməsi, nəzarət edilməsi, sistemləşdirilməsi, artırılması və qorunması, eyni zamanda əməliyyat marağını itirmiş məlumatların sistemdən çıxarılmasını təmin etməkdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.