Məlumat-axtarış kartı (MAK) səliqəsiz və natamam tərtib olunduqda, müvafiq rekvizitlərində uyğunsuzluq aşkar edildikdə, orqan və ya müvafiq struktur qurumun rəhbəri və icraçı tərəfindən imzalanmadıqda dərhal geri qaytarılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
Nöqsanlar aradan qaldırıldıqdan sonra üç iş günü ərzində təkrarən Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə (BƏSİİ) göndərilir. Məlumat-axtarış kartları (MAK) uçota alınması ilə yanaşı məlumatlarda düzəlişlərin aparılmasında da istifadə olunur.