Mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizə verilməyibsə, notarius qəbzi təqdim edən şəxsə həmin ərizənin verilməsi qaydasını izah edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizənin verilməsi haqqında məlumat notariat ofisinə daxil olduqdan sonra notarius vəsiyyətnaməni mirasın açıldığı yerin notariusuna, mirasın açıldığı yer Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda, həmin yer üzrə Azərbaycan Respublikasının konsulluğuna göndərilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, bu Təlimatın 160-2-ci hissəsinin səkkizinci abzasında nəzərdə tutulmuş qaydada təqdim edir və ya göndərir və şəxsə bununla bağlı yazılı məlumat verir.