
Heftelik.az-ın məlumatına görə, bunu Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu “İncə səhər” verilişində deyib.
Sənətçi bildirib ki, gənc ifaçılar onun mahnılarını oxuyaraq, korlayırlar:
“Bütün gənclərə tövsiyəm budur ki, mahnılarımı oxumaq istəyirsiniz, buyurun. Əvvəla, heyif etməyin. Əgər oxuya biləcəksinizsə, oxuyun. İkinci bir tərəfdən, mənim səsimi kənara atanda aranjimanın keyfiyyəti ölür. O mahnı tamamilə gözdən düşür. Mənim etirazım ona olub. Mənim ifa etdiyim mahnının aranjimanına, mənim səsimə toxunmayın. Hər kəs özü kimi olsun. Əgər mənim, Nazpərinin ifa etdiyi kimi oxumağa çalışırsansa, sən hər bir zaman Nazpərinin kölgəsində qalacaqsan”.