Qeydə alınmış ərizələr əsasında ölənin adına vərəsəlik işi açılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Bütün sonrakı ərizələr, habelə ölüm faktını, vərəsələrin miras qoyanla qohumluq və digər münasibətlərini təsdiq edən və miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən sənədlər, eləcə də kreditorların müraciəti vərəsəlik işinə tikilir.