Türkiyəli aktrisa Gülşah Çomoğlu dünyasını dəyişib.
Heftelik.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Ümidin Ucunda”, “Behzat Ç: Ankaralı Dedektif”, “Yüksek Sosyete” kimi seriallarda rol alan və 2 il əvvəl xərçəng diaqnozu qoyulan Gülşah Çomoğlundan üzücü xəbər gəlib.
Həyat yoldaşı ilə bağlı kədərli xəbəri İnstaqram hesabında paylaşan Gökhan Günal, “Təəssüf ki, əziz həyat yoldaşımı, həyatımın sevinci, gözəl qızımın anasını itirdik. Cənazə namazı Altunizade Marmara Universiteti İlahiyyat Fakültəsi Məscidində qılınacaq və Kanlıca qəbiristanlığında dəfn ediləcək.”
Gülşah Çomoğlu 30 may 1986-cı ildə Ankarada anadan olub. Pera adlı qız övladı var.