Yanğın təhlükəsizliyi sahəsində məhsulun və xidmətlərin sertifikatlaşdırılması, tədavülə buraxılması, saxlanılması və onların işlədilməsi qaydalarının pozulmasına görə cərimələr məlum olub.
Hüquqşünas Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Yanğın təhlükəsizliyi sahəsində məhsulun və xidmətlərin sertifikatlaşdırılması, tədavülə buraxılması, saxlanılması və onların işlədilməsi qaydalarının pozulmasına, yəni:
– sertifikatlaşdırılması məcburi olan, lakin sertifikatlaşdırılmamış malların buraxılmasına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;
– yanğın təhlükəsizliyinə dair qüvvədə olan standartların tələblərinə uyğun gəlməyən malların xaricdən gətirilməsinə və ya satılmasına görə-
fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.