Cinayət işinin başlanmasından on iş günü keçdikdən sonra cinayəti törətmiş şəxs müəyyən edilmədikdə – açılmamış cinayətlər barədə məlumat-axtarış kartı (MAK) əməliyyat xidməti tərəfindən (əməliyyat xidməti olmayan digər subyektlərdə orqan rəhbərinin müəyyən etdiyi vəzifəli şəxs) tərtib edilərək, üç iş günündən gec olmayaraq Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə (BƏSİİ) göndərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
Cinayəti törədən şəxs müəyyən edildikdə və cinayət işinin istintaqı tamamlandıqdan sonra (sadələşdirilmiş icraat materialları) üç iş günündən gec olmayaraq MAK müstəntiq və ya təhqiqatçı tərəfindən tərtib olunaraq BƏSİİ-yə göndərilməsi təmin olunur.