Daşınmaz əmlaka mülkiyyət hüququ haqqında şəhadətnaməni yalnız əmlakın olduğu yerin notariusu verə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Mülkiyyət hüququ haqqında şəhadətnamə ər-arvadın yalnız əmlakdakı paya mülkiyyət hüququnu təsdiq edir. Konkret əmlaka şəhadətnamə verilmir (məsələn, ər-arvadın birinə evə, digərinə avtomobilə şəhadətnamə verilməsinə yol verilmir). Ona görə də əgər ər-arvadın hər hansı biri əmlaka ayrılıqda mülkiyyət hüququ almaq istəyirsə, notarius onlara şəhadətnamə almaq əvəzinə nikah dövründə birgə əldə etdikləri əmlakın bölüşdürülməsi müqaviləsinin rəsmiləşdirilməsini təklif etməlidir.