Azərbaycanla Ermənistan arasında hazırkı sülh fürsəti qaçırılmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində “EFES – 2024” çoxmillətli təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə bildirib.

O qeyd edib ki, Ermənistan xarici güc və diasporanın əsarətindən qurtulduğu halda Azərbaycanla sülhə daha yaxın olacaq:

“Qarabağın 30 illik işğaldan sonra azad edilməsi bölgədə tarixi fürsət pəncərəsi açıb və bu fürsətdən istifadə etmək lazımdır. Erməni xalqı gələcəyini xaricdə “qəzəl” oxuyanlarda deyil, əsrlərdir birlikdə yaşadağı qonşularında görməli, anlamalı və lazım olanı cəsarətlə etməlidir”.