Sənəddə gözlə görünən pozuntu, qaralama, təsdiq edilməmiş düzəlişlər olduqda, habelə bir neçə səhifədən ibarət sənəd tikilib, qaytanlanmadıqda həmin sənədin surəti təsdiq olunması üçün qəbul edilə bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Notariat qaydasında təsdiq edilmiş əqdlərin surəti “Elektron notariat” informasiya sistemi vasitəsilə onu təsdiq etmiş notariat ofisində ləğv edilib-edilmədiyi yoxlanıldıqdan sonra təsdiq oluna bilər. Fiziki şəxsin verdiyi ərizənin surətinin düzgünlüyü sənədin əslində həmin şəxsin imzasının həqiqiliyi notariat qaydasında təsdiq edilmiş olduqda təsdiq edilir.