Məşhur müğənni Hadisə serialda rol alacaq.

Heftelik.az-ın Bakupost-a istinadən verdiyi məlumata görə, müğənni uzun müddət aktrisalıq təkliflərini qəbul etməyib.

Rəqəmsal platformada yayımlanacaq 8 seriyalı serial üçün 10 milyona razılaşan Hadisə tezliklə çəkiliş meydançasına çıxacaq.
Hazırda dərs alan müğənnini yaxın dostu Seda Bakanın razı saldığı deyilir.
Qeyd edək ki, sosial şəbəkədəki səhifəsindən aktiv istifadə edən Hadisə cəsarətli paylaşımları ilə diqqət çəkir.