Rusiyalı aktrisa Anastasiya Zavorotnyuk vəfat edib.

Heftelik.az-ın lenta.ru-ya istinadən verdiyi məlumata görə, 53 yaşlı aktrisa bu gecə vəfat edib.

O, uzun müddətdir, beyin xərçəngindən əziyyət çəkirdi.

Xatırladaq ki, Anastasiya Zavorotnyuk 2006-cı ildə Rusiyanın Əməkdar artisti adını almışdı. O, “Mənim möhtəşəm dayəm” serialı (2004-2009) ilə populyarlıq qazanmışdı.